Bakı. 6 oktyabr. REPORT.AZ/ İstanbulun Sultanqazi rayonunun Qazi məhəlləsində terrorçular liseyə hücum edərək şagirdləri girov götürüblər.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Marksçı-Leninçi Kommunist Partiyasının terrorçuları Qazi məhəlləsindəki Şair Abay liseyində bir sinfin şagirdini girov götürüblər. Terrorçular sinfin pəncərəsinə plakat da asıblar.