İstanbulda keçirilən bələdiyyə seçkilərində Əkrəm İmamoğlu öndədir

Region
  • 23 iyun, 2019
  • 16:48
İstanbulda keçirilən bələdiyyə seçkilərində Əkrəm İmamoğlu öndədir

İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlu öndədir.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Ali Seçki Qurumuna (YSK) istinadən yayılan xəbərdə bildirilir ki, bülletenlərin 94 faizinin hesablanması ilə o, 53,6 faiz səs toplayıb. Qeyd edək ki, seçkilərdə Əkrəm İmamoğlunun əsas rəqibi Ədalət və İnkişaf Partiyasından (AKP) olan Binəli Yıldırımdır. Türkiyənin keçmiş baş naziri və parlamentin sabiq spikeri B.Yıldırım 45,4 faiz səs toplayıb.