Bakı 13 yanvar. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Zeytunburnu rayonunda 6 mərtəbəli bina çöküb.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, binanın əvvəldən boşaldılmasına baxmayaraq, səkidən keçənlər dağıntılar altında qalıblar.
Nəticədə 2 nəfər ölüb, 5 nəfər yaralanıb.