İrəvanın mərkəzində partlayış nəticəsində 7 nəfər yaralanıb

İrəvanın mərkəzində partlayış nəticəsində 7 nəfər yaralanıb Şimal prospektində yerləşən "Burger King" restoranlar şəbəkəsinin kafelərindən birində baş verib
Region
2 Aprel , 2018 21:47
İrəvanın mərkəzində partlayış nəticəsində 7 nəfər yaralanıb

Bakı. 2 aprel. REPORT.AZ/ İrəvanın mərkəzindən keçən Şimal prospektində güclü partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə aprelin 2-də Bakı vaxtı ilə 20:44-də İrəvanın Şimal prospektində yerləşən "Burger King" sürətli qidalanma restoranlar şəbəkəsinin kafelərindən birində baş verib.

İlkin məlumata görə, restoranın mətbəxində oksigen balonu partlayıb. Hadisə nəticəsində 9 nəfər yaralanıb. Ölən yoxdur.

Qəza yerinə 4 xilasedici qrup, xüsusi xidmət qrupu və Böhran İdarəetmə Milli Mərkəzinin təcili yardım qüvvələri göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi