Bakı. 29 yanvar. REPORT.AZ/ Ermənistanda "Dövriyyə vergisi haqqında" qanuna etiraz edən kiçik və orta sahibkarlar yürüş keçirib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, nümayişçilər prezident iqamətgahınadək yürüş edərək İrəvanın Baqramyan prospektini bağlayıb.
Məlumata görə, yürüşçüləri çoxsaylı polis müşahidə edib. Aksiya iştirakçıları "Dayandırın!" şüarını söyləyib.

