İranın saxladığı tanker Böyük Britaniya bayrağı altında üzürmüş

Region
  • 18 iyul, 2019
  • 16:47
İranın saxladığı tanker Böyük Britaniya bayrağı altında üzürmüş

İran hərbi gəmiləri tərəfindən Fars körfəzində bu günlərdə saxlanılan tanker Böyük Britaniya bayrağı altında üzürmüş.

“Report” YJC-yə istinadən xəbər verir ki, bu barədə mötəbər mənbə bildirib.

Qeyd edək ki, tankeri saxlayan İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) daha əvvəl gəminin dövlət mənsubiyyətini və adını açıqlamamışdı.