İranın sanksiyaların aradan qaldırılmasından sonra aldığı ilk "Airbus" Tehrana gətirilib

İranın sanksiyaların aradan qaldırılmasından sonra aldığı ilk "Airbus" Tehrana gətirilib 189 sərnişin daşıyan "A321" markalı təyyarə bu gün İran paytaxtına gətirilib
Region
12 Yanvar , 2017 14:45
İranın sanksiyaların aradan qaldırılmasından sonra aldığı ilk Airbus Tehrana gətirilib

Bakı. 12 yanvar. REPORT.AZ/ "İran Air" aviaşirkəti hava sanksiyalarının qaldırılmasının ardından ilk dəfə "Airbus" alıb.

"Report" "Euronews"a istinadən xəbər verir ki, 189 sərnişin daşıyan "A321" markalı təyyarə bu gün Tehrana gətirilib.

Qeyd edək ki, sanksiyaların aradan qaldırılmasından sonra Tehranda İran hökuməti və nəhəng aviaistehsalçılar - "Boeing" və "Airbus" şirkətləri arasında müqavilələr imzalanıb. Sənədə əsasən, İran tərəfi 80 ədəd "Boeing", 100 ədəd "Airbus" hava gəmisi alacaq.

Son xəbərlər

Orphus sistemi