İranın nüvə sazişi üzrə komissiyanın iclası dekabrda keçiriləcək

Region
  • 25 noyabr, 2019
  • 09:07
İranın nüvə sazişi üzrə komissiyanın iclası dekabrda keçiriləcək
Getty

İranın nüvə sazişi üzrə birgə komissiyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclası bu il dekabrın 6-da baş tutacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi məlumat verib.

O bildirib ki, İran və "4+1" ölkələrinin (Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransa) iştirakı ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində iclas, çox güman, Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Xatırladaq ki, noyabrın 6-da İran Fordodakı obyektdə sentrifuqalara qaz vurmağa başlayıb. Bu da faktiki olaraq İranın nüvə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərin azaldılmasının dördüncü mərhələsinin başlanğıcı deməkdir.