Bakı. 26 iyul. REPORT.AZ/ İranın Ermənistana qaz ixracının həcmi üç dəfə artırılacaq.
"Report"un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Tehranda Ermənistanın energetika və təbii sərvətlər naziri Levon Yolyan ilə keçirilən görüşdən sonra İranın neft naziri Bijan Namdar Zarqane deyib.
B.N.Zarqane bəyan edib ki, 2018-ci ilin sonunadək hazırda Ermənistana ixrac edilən "mavi yanacağın" həcmi 3 dəfə artaraq gündəlik 1 mln. kubmetrdən 3 mln. kubmetrə çatdırılacaq.