İranın BMT-dəki daimi nümayəndəsi "qisas əməliyyatı"nın başa çatdığını bildirib
Region
- 09 yanvar, 2020
- 05:25
"İran general Qasım Süleymaninin öldürülməsinə görə "qisas əməliyyatı"nı tamamlayıb və ABŞ tərəfdən aqressiv hərəkət olmazsa, yeni hərbi addım atmayacaq".
"Report" xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi TASS-ın ABŞ Prezidenti Donald Trampın çıxışına Tehranın reaksiyasının necə olacağına dair sualını cavablandırarkən bildirib.
"Bütün hərəkətlərimiz Süleymaninin öldürülməsinə mütənasib idi. Onlar tamamlanıb. ABŞ İrana qarşı hərbi əməliyyat keçirməzsə, biz də bu cür hərəkətlər etməyəcəyik", - o deyib.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymani yanvarın 3-də İraqda ABŞ hərbçiləri tərəfindən öldürülüb.
Son xəbərlər
11:00
Milli Məclisin plenar iclası başlayıb, Amnistiya aktı müzakirə olunacaq
Milli Məclis10:57
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsini Natiq Əliyev hazırlayır
Ədəbiyyat10:49
Foto
Elm və musiqi eyni səhnədə: NDU-nun dəvəti ilə Umut Yıldız Naxçıvanda
Elm və təhsil10:47
Foto
AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyəti yüksək qiymətləndirilib
Futbol10:41
Foto
Bakıda tarixi abidənin damı memarlıq xüsusiyyətlərinə uyğun bərpa edilir
Mədəniyyət siyasəti10:39
ABŞ-də universitetdə atışma törətməkdə şübhəli bilinən şəxs ölü tapılıb
Digər ölkələr10:35
Foto
NETTY 2025 Azərbaycanın Milli internet mükafatının qalibləri elan edilib
Biznes10:34
Prezident: Azərbaycanda səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub
Sağlamlıq10:25
Video