İranın Bəsic dəstəsinə yeni komandan təyin edilib

İranın Bəsic dəstəsinə yeni komandan təyin edilib Dəstənin keçmiş komandanı SEPAH komandanının mədəni və ictimai məsələlər üzrə müavini təyin olunub
Region
8 Dekabr , 2016 12:59
İranın Bəsic dəstəsinə yeni komandan təyin edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Briqada generalı Qulam Hüseyn Qeybpərvər İran Bəsic (yarımhərbi dəstə, İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası) dəstəsinə komandan təyin edilib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin ali rəhbəri, ayətullah Seyid Əli Xamənei fərman imzalayıb.

Məlumata görə, o, bu vəzifədə general Məhəmmədrza Nəğədini əvəzləyib. 

M.Nəğədi isə İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) rəhbərliyinin təklifi nəzərə alınmaqla mədəni və ictimai məsələlər üzrə qvardiya komandanının müavini təyin edilib. 

Son xəbərlər

Orphus sistemi