İranda zəlzələ zamanı xəsarət alanların sayı artdı - YENİLƏNİB

İranda zəlzələ zamanı xəsarət alanların sayı artdı - YENİLƏNİB İranda baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı artıb.
Region
23 Fevral , 2020 16:28
İranda zəlzələ zamanı xəsarət alanların sayı artdı - YENİLƏNİB

İranda baş verən güclü zəlzələ zamanı xəsarət alanların sayı artıb.

"Report" xəbər verir ki, bu barədə yerli YJC portalı məlumat yayıb. 

Xoy şəhərinin təcili yardım xidmətinin rəhbəri Möctab Kamari məlumatı təsdiqləyib. "Zəlzələ zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb", - deyə o bildirib. 


***13:20 

İranda baş verən güclü zəlzələ zamanı bir neçə nəfər xəsarət alıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Xalidi rəsmi mətbu orqana açıqlamasında bildirib ki, Qərbi Azərbaycan əyalətində təbii hadisə zamanı 25 nəfər xəsarət alıb.

Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari isə yaralılardan birinin vəziyyətinin ağır olduğunu qeyd edib. İran mətbuatının məlumatına görə, zəlzələ 43 kənddə evlərə ciddi zərər vurub. 

Qeyd edək ki, İranda zəlzələ 5,7 (bəzi məlumatlara görə 5,9) maqnitudada qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi