İranda iki avtobus toqquşub: üç nəfər ölüb, altı nəfər yaralanıb

İranda iki avtobus toqquşub: üç nəfər ölüb, altı nəfər yaralanıb Hadisə Tehran-Kərəc yolunda yerli vaxtla 07:25-də baş verib
Region
19 Avqust , 2016 11:42
İranda iki avtobus toqquşub: üç nəfər ölüb, altı nəfər yaralanıb

Bakı. 19 avqust. REPORT.AZ/ İranda avtobusun iştirakı ilə baş verən böyük qəzada üç nəfər ölüb, altı nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Tehran-Kərəc yolunda yerli vaxtla 07:25-də olub.

Yüksək sürətlə hərəkət edən avtobusun sürücüsü sükan arxasında yuxuya gedib və nəticədə yolun kənarında dayanmış digər avtobusla toqquşub.

Yol bir saat ərzində hərəkət tamamilə bağlı olub və yalnız qəza yerinə gələn yol patrul xidmətinin avtobusları evakuatorlarla olay yerindən kənara çəkməsindən sonra açılıb.

Son xəbərlər

Orphus sistemi