İranda qaz kəmərində partlayış olub
Region
- 02 oktyabr, 2018
- 07:30
Bakı. 2 oktyabr. REPORT.AZ/ İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində təbii qaz kəmərində partlayış olub.
"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu əyalətin Fövqəladə Hallar İdarəsinin rəisi Kiyumers Hacızadə bildirib.
Onun sözlərinə görə, partlayış əyalətin Bağ Məlik rayonu yaxınlığında, Xuzistan-İsfahan təbii qaz kəmərində baş verib.
K.Hacızadə deyib ki, hadisə yerinə xilasedicilər cəlb olunublar.
Ərazidə yaşayan əhali təxliyyə edilib. İdarə rəisi partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, sentyabrın 22-də Xuzistanın mərkəzi Əhvaz şəhərində hərbi parada silahlı hücum nəticəsində 29 nəfər ölmüş, 60-a yaxın insan yaralanmışdı.
Son xəbərlər
11:34
Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün dinc yolla bərpası ən vacib vəzifələrimizdəndir
Region11:31
Lerik rayonunda zəlzələ olub
Hadisə11:26
DİN-in şəxsi heyəti Zəfər parkında olub
Daxili siyasət11:21
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb
Region11:08
Kamran Əliyev və prokurorluq əməkdaşları Zəfər abidəsini ziyarət ediblər
Daxili siyasət11:06
Şəhid mayor Rəhim Hüseynovun döyüş yoldaşı: Onun rəhbərlik etdiyi bölmə hər zaman fərqlənib
Daxili siyasət11:00
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
Fərdi10:59
Foto
Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub
Daxili siyasət10:54