İranda sərnişin qatarlarının toqquşması nəticəsində 40 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb - YENİLƏNİB-2 - VİDEO
- 25 noyabr, 2016
- 11:32
Bakı. 25 noyabr. REPORT.AZ/ İranda iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 40-a çatıb.
“Report” “PressTV”yə istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Mustafa Mürtəzəvi bildirib.
Onun sözlərinə görə, qəza nəticəsində yaralananların sayı 100-ə yaxındır.
Semnan əyalətinin qubernatoru Məhəmmdrza Abbas qəzaya uğramış qatarlardan 31 meyitin çıxarıldığını deyib.
*** 14:30
İranda iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
“Report” “PressTV”yə istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Mustafa Mürtəzəvi bildirib.
Onun sözlərinə görə, qəza nəticəsində 72 nəfər yaralanıb.
*** 12:58
İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.
“Report” “Press TV”-yə istinadən xəbər verir ki, bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürəzəvi bildirib.
İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib.
Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedciilərin yetişməsində problemlər yaranıb.
Ölən və yaralananların sayının artacağı istisna edilmir.