İranda hərbi helikopter qəzaya uğrayıb: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Region
  • 28 sentyabr, 2017
  • 13:40
İranda hərbi helikopter qəzaya uğrayıb: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ İran Hərbi Hava Qüvvələrinə məxsus helikopter Urmiya şəhəri yaxınlığında qəzaya uğrayıb.

"Report" "Press TV"yə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Polkovnik Kərim Hüseynnejadın sözlərinə görə, helikopter Urmiyanın şimal-qərbində sınaq uçuşu zamanı texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Məlumata görə, hərbi mühəndis həlak olub, pilotlar xəsarət alıb.

44 - Tezliklə