İranda helikopter qəzası baş verib, ölənlər var

İranda helikopter qəzası baş verib, ölənlər var Bakı. 4 mart. REPORT.AZ/ İranın qərbindəki Çaharmahal və Bəxtiyari ostanı ərazisində xilasetmə helikopteri qəzaya uğrayıb, 5 nəfər ölüb.
Region
4 Mart , 2019 15:03
İranda helikopter qəzası baş verib, ölənlər var

Bakı. 4 mart. REPORT.AZ/ İranın qərbindəki Çaharmahal və Bəxtiyari ostanı ərazisində xilasetmə helikopteri qəzaya uğrayıb, 5 nəfər ölüb.

“Report” İran dövlət televiziyasına istinadən xəbər verir ki, qəza hamilə qadına yardım göstərmək üçün uçuşa başladıqdan bir neçə dəqiqə sonra baş verib. Behşəhr qubernatoru Xaleğ Səyadi İSNA xəbər agentliyinə qəzanın xəstənin Əmir Kabir neft platformasından daşındığı zaman baş verdiyini bildirib.

Təcili tibbi yardım xidmətinin rəhbəri Pirhüseyn Kulivənd ölənlərdən 3-nün pilot, 2 nəfərin isə xilasetmə işçisi olduğunu deyib.

İSNA xəbər agentliyinin məlumatına görə, qəza Şəhr-e Kord şəhəri yaxınlığında, yerdən qalxdıqdan bir neçə dəqiqə sonra baş verib.

Son xəbərlər

Orphus sistemi