İranda daşqınlar nəticəsində ölənlərin sayı artıb

İranda daşqınlar nəticəsində ölənlərin sayı artıb İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 57-ə çatıb, 478 nəfər də xəsarət alıb.
Region
3 Aprel , 2019 00:30
İranda daşqınlar nəticəsində ölənlərin sayı artıb

İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 57-ə çatıb, 478 nəfər də xəsarət alıb.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Departamentinin sözçüsü Müctəb Xalidi bildirib.

“Leysan yağışlar nəticəsində meydana gələn süllər nəticəsində ölkə boyu 57-dək insan ölüb, əksəriyyəti Şiraz şəhərinin payına düşür” – deyən M.Xalidi daşqınlar başlayandan etibarən zərərçəkənlərin sayının 478 olduğunu, onlardan 430 nəfərinin artıq xəstəxanalardan evə buraxıldığını diqqətə çatdırıb.

Bundan əvvəl təbii fəlakət nəticəsində 44 nəfərin həlak olduğunu, 119 nəfərin xəsarət aldığı açıqlanmışdı.

Son xəbərlər

Orphus sistemi