İranda daha iki nazirlik yaradılacaq

İranda daha iki nazirlik yaradılacaq Bakı. 20 iyun. REPORT.AZ/ İranda daha iki nazirlik yaradılacaq.
Region
20 İyun , 2018 16:43
İranda daha iki nazirlik yaradılacaq
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ İranda daha iki nazirlik yaradılacaq. 

“Report” “Tasnims” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Aparatının rəhbəri Mahmud Vaezi bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin tərkibinə ticarət və yol sahələri üzrə iki nazirlik əlavə ediləcək. Bu qurumlar əvvəllər uyğun olaraq, Sənaye və Şəhərsalma nazirliklərinin tərkibində olub.

Məlumata görə, dəyişikliklər İran prezidenti Həsən Ruhaninin islahatlarının tərkib hissəsi olub, hökumətin daha çevik fəaliyyət göstərməsi üçün edilir. M.Vaezi deyib ki, bu qərarı parlament də təsdiqləməlidir. Yeni nazirlərin təyinatı məsələsinə gəlincə, Prezident Aparatının rəhbəri bildirib ki, onlar gənc və yeni sima olacaqlar.

Qeyd edək ki, bununla da İranda hökumət üzvləri 31-ə çatacaq. 

Son xəbərlər

Orphus sistemi