İranda daha 34 nəfər pandemiyanın qurbanı oldu

İranda daha 34 nəfər pandemiyanın qurbanı oldu İranda koronavirusa yoluxanların sayı artıb.
Region
138
25 May , 2020 14:22
İranda daha 34 nəfər pandemiyanın qurbanı oldu
0 : 00
0 : 00

İranda koronavirusa yoluxanların sayı artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 023 nəfərdə koronavirus aşkarlandığını və bununla da yoluxma faktlarının sayı 137 724-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 34 nəfər artaraq 7 451 nəfərə yüksəlib.

O həmçinin 2 585 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 107 713 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 346 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi