İranın hüquq-mühafizə orqanları kütləvi qarışıqlıqlardan sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi olan 8 nəfəri saxlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın (Kəşfiyyat) İnformasiya Nazirliyinə istinadən IRIB teleradio şirkəti bildirib.
"Etirazlarda olmuş və kəşfiyyat orqanlarının göstərişlərini icra etmiş 6 nəfər, həmçinin informasiya toplamış və onu xaricə göndərmək istəmiş 2 nəfər saxlanılıb", - deyə teleradio şirkəti nazirliyin bəyanatından sitat gətirib.