İran XİN-in əməkdaşı casusluğa görə 10 il həbs olunub

İran XİN-in əməkdaşı casusluğa görə 10 il həbs olunub Bakı. 12 noyabr. REPORT.AZ/ İran məhkəməsi ölkənin Xarici İşlər Nazirliyinin casusluqda ittiham olunan əməkdaşı Kamal Əmirbeyki 10 il müddətinə azadlıqdan məhrum edib.
Region
12 Noyabr , 2018 03:15
İran XİN-in əməkdaşı casusluğa görə 10 il həbs olunub

Bakı. 12 noyabr. REPORT.AZ/ İran məhkəməsi ölkənin Xarici İşlər Nazirliyinin casusluqda ittiham olunan əməkdaşı Kamal Əmirbeyki 10 il müddətinə azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Ali Məhkəmənin rəsmi nümayəndəsi Möhsün Ejei deyib.

Onun sözlərinə görə, Kamal Əmirbeyk həmçinin 270 min dollar məbləğində cərimə olunub.

Bundan əvvəl Danimarka İranın casuslarının fəaliyyətinə görə Tehrandakı səfirini geri çağırıb.

Son xəbərlər

Orphus sistemi