İran XİN: Avropa ölkələrinin təkidləri səbəbindən nüvə sazişini tərk etmirik

İran XİN: Avropa ölkələrinin təkidləri səbəbindən nüvə sazişini tərk etmirik Bakı. 21 noyabr. REPORT.AZ/ İran Avropa ölkələrinin təkidləri səbəbindən Əhatəli Razılaşma Planı sazişindən imtina etmir.
Region
21 Noyabr , 2018 19:58
İran XİN: Avropa ölkələrinin təkidləri səbəbindən nüvə sazişini tərk etmirik

Bakı. 21 noyabr. REPORT.AZ/ İran Avropa ölkələrinin təkidləri səbəbindən Əhatəli Razılaşma Planı sazişindən imtina etmir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi məlumat verib.

“Avropa Əhatəli Razılaşma Planına etimad edərək sazişi saxlamaq istədiyini bildirir. Biz də Avropa İttifaqına üzv ölkələrin təkidləri səbəbindən bu sazişi tərk etmirik. Ona görə də onlar öz öhdəliklərini yerinə yetirməlidir”, - o vurğulayıb.

Bundan əvvəl İran hökuməti fayda gördükləri müddətcə nüvə sazişindən çəkilməyəcəklərini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi