İranda zəlzələ nəticəsində 3 nəfər ölüb, 225 nəfər yaralanıb - YENİLƏNİB

İranda zəlzələ nəticəsində 3 nəfər ölüb, 225 nəfər yaralanıb - YENİLƏNİB On bir kəndin qaz təchizatı kəsilib
Region
14 May , 2017 10:23
İranda zəlzələ nəticəsində 3 nəfər ölüb, 225 nəfər yaralanıb - YENİLƏNİB

Bakı. 14 may. REPORT.AZ/ İranın şimalında, Türkmənistan ilə sərhəd yaxınlığında baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 225 nəfər yaralanıb.

"Report" ISNA-ya istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində 11 kəndin qaz təchizatı kəsilib.

Bildirilir ki, zəlzələnin maqnitudası 5,7 olub.

***23:41/13 may

İran və Türkmənistanın sərhədində 5,8 bal gücündə zəlzələ baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə 22.01-də qeydə alınıb. Yeraltı təkanların episentri İranın Bocnurd şəhərinin 42-ci km-də yerləşib. Onun ocağı yerin 12,4 km. dərinliyində qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi