​İran ümrə ziyarətini dayandırıb

​İran ümrə ziyarətini dayandırıb Əli Cənnəti:"Hətta onların edam ediləcəyini bildirdilər"
Region
13 Aprel , 2015 15:51
​İran ümrə ziyarətini dayandırıb

Bakı. 13 aprel. REPORT.AZ/ İran Məkkəyə ümrə ziyarətlərini dayandırıb. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə İranın islam irşad və mədəniyyət naziri Əli Cənnəti bildirib.

"Səudiyyə Ərəbistanının diplomatik qurumları ilə aparılan danışıqda bizə tutulan adamların mühakimə olunacağını, hətta onların edam ediləcəyini bildirdilər. Hələlik əməli bir iş görməyiblər. Biz də xalqımızın qürurunun sındırılmaması üçün bu qərarı qəbul etdik. İranlı iki gənc barəsində məhkəmə başa çatanadək biz də ümrə ziyarətlərini və ora uçuşları dayandırdıq", - o vurğulayıb.

Xatırladaq ki, İranın iki vətəndaşı Səudiyyə Ərəbistanının Ciddə şəhərinin hava limanında tutulub. Onlar İranın xeyrinə casusluqda şübhəli bilinirlər. 

Son xəbərlər

Orphus sistemi