İran prezidenti postuna 1636 namizəd qeydə alınıb
Region
- 15 aprel, 2017
- 21:09
Bakı. 16 aprel. REPORT.AZ/ Mayın 19-da İranda keçiriləcək prezident seçkilərinə namizədlərin qeydiyyatı başa çatıb.
“Report” xəbər verir ki, İran Daxili İşlər Nazirliyinin açıqladığı məlumata əsasən, beş gün davam edən qeydiyyat kampaniyasının nəticəsinə görə, 1636 nəfər – 1499 kişi və 137 nəfər qadın namizəd vəsiqəsi alıb.
Sonuncu qeydiyyata alınanlardan biri Tehran meri Məhəmməd Baqir Qalibaf, digəri isə İranın birinci vitse-prezidenti İshaq Cahangiridir. Cümə günü seçkiqabağı yarışmaya onun iki şəksiz favoriti – hazırkı prezident Həsən Ruhani və “İranın İnqilabi Qüvvələrinin Xalq Cəbhəsi” Mühafizəkar partiyaları alyansından namizəd olan İbrahim Raisidir. Əsas mübarizənin onların arasında gedəcəyi gözlənilir.
Son xəbərlər
11:55
Fərid Məmmədov: Bu il ADEX tarixində ilk dəfə olaraq sərginin rəsmi merç kolleksiyası təqdim ediləcək
Hərbi11:55
"Tottenhem" Mauro İkardini transfer etməyəcək
Futbol11:54
"Abşeron Logistika" maliyyə vəziyyətini açıqlayıb
Biznes11:51
Tunis Azərbaycandan neft alışını 2,3 dəfə artırıb
Energetika11:50
Rusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Digər ölkələr11:50
DYP kənd texnikası sürücülərinə müraciət edib
Daxili siyasət11:45
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Hadisə11:42
Samir Ağabalayev: ADEX-2026-da Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu ilk dəfə milli ekspozisiyaya ayrılacaq
Digər11:38