İran prezidenti: Donald Trampı Səddam Hüseynin aqibəti gözləyir

İran prezidenti: Donald Trampı Səddam Hüseynin aqibəti gözləyir Bakı. 23 sentyabr. REPORT.AZ/ Vaşinqton Tehranla bağlı siyasətinə yenidən baxmasa, ABŞ prezidenti Donald Tramp və onun ölkəsini Səddam Hüseynin aqibəti gözləyəcək.
Region
23 Sentyabr , 2018 01:08
İran prezidenti: Donald Trampı Səddam Hüseynin aqibəti gözləyir

Bakı. 23 sentyabr. REPORT.AZ/ Vaşinqton Tehranla bağlı siyasətinə yenidən baxmasa, ABŞ prezidenti Donald Tramp və onun ölkəsini Səddam Hüseynin aqibəti gözləyəcək.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani deyib.

O həmçinin qeyd edib ki, İran hətta ABŞ-ın təzyiqi altında belə raket proqramından imtina etməyəcək.

"BMT və Təhlükəsizlik Şurası Səddamı müharibəni başlamaqda məsuliyyətli bildi, onu əvvəl dəstəkləyən bütün ölkələr isə buna təəssüfləndilər. Eyni aqibət Tramp və Amerikanı gözləyir", - deyə "Press TV" Ruhaninin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi