Bakı. 7 aprel. REPORT.AZ/ İran heç bir dövlət üçün təhlükəli deyil.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani İslam Respublikasının "Nüvə texnologiyası günü"nə həsr edilən tədbirdəki çıxışında bildirib.
"İran başqa dövlətlərə təhlükə yaratmır. Biz balanslaşdırılmış xairici siyasət yürüdür və dünyanın başqa dövlətləri ilə əməkdaşlıq etməyə cəhd göstəririk", - deyə İran prezidenti vurğulayıb.