İran prezidenti ABŞ-ı bütün regional böhranlarda ittiham edib

İran prezidenti ABŞ-ı bütün regional böhranlarda ittiham edib O, ABŞ-ın Vyetnam, Əfqanıstan və İraqdakı münaqişələrə müdaxiləsini tənqid edib
Region
14 Oktyabr , 2017 02:08
İran prezidenti ABŞ-ı bütün regional böhranlarda ittiham edib

Bakı. 14 oktyabr. REPORT.AZ/ İran lideri Həsən Ruhani güman edir ki, bütün regional münaqişə və böhranların arxasında ABŞ dayanır.

“Report” xəbər verir ki, İran prezidenti yerli mətbuat üçün çıxışında 1950-ci ildə respublikada baş verən çevrilişdə ABŞ-ın xüsusi xidmət orqanlarının roluna diqqət yönəldib.

Bundan əlavə, o, Amerikanın Vyetnam, Əfqanıstan və İraqdakı münaqişələrə müdaxiləsini tənqid edib və ayrıca olaraq 1988-ci il tarixini qeyd edib. Həmin il İran avialayneri ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmidən atılan raket vasitəsi ilə vurulub.

Son xəbərlər

Orphus sistemi