İran peykin orbitə buraxılışını təxirə saldı

Region
  • 08 fevral, 2020
  • 09:40
İran peykin orbitə buraxılışını təxirə saldı

İran hökuməti fevralın 7-dək həyata keçirilməsi planlaşdırılan “Zəfər” peykinin orbitə buraxılışını təxirə salmaq qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunun səbəbləri və buraxılışın yeni tarixi göstərilmir.

Daha əvvəl İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi “Zəfər” peykinin fevralın 7-dək orbitə çıxarılmasının planlaşdırdığını bildirmişdi. Peykin “Simurq” raket daşıyıcısı ilə 530 km yüksəkliyə qədər çıxarılacağı güman edilirdi.