İran hesablama mexanizmini dialoq üçün ilk addım hesab edir

İran hesablama mexanizmini dialoq üçün ilk addım hesab edir Bakı. 9 fevral. REPORT.AZ/ Tehran Avropa ölkələri tərəfindən təklif olunan yeni maliyyə hesablama mexanizmini dialoq və sabitlik istiqamətində atılan ilk addım kimi qiymətləndirir.
Region
32089
9 Fevral , 2019 07:50
İran hesablama mexanizmini dialoq üçün ilk addım hesab edir

Bakı. 9 fevral. REPORT.AZ/ Tehran Avropa ölkələri tərəfindən təklif olunan yeni maliyyə hesablama mexanizmini dialoq və sabitlik istiqamətində atılan ilk addım kimi qiymətləndirir.

“Report” xəbər verir ki, bunu "Rossiya 24" telekanalının efirində İranın Rusiyadakı səfiri Mehdi Sanai deyib.

Bildirilir ki, söhbət Avropanın iqtisadi fiqurları ilə İran arasında qanuni kommersiya tranzaksiyalarının sadələşdirilməsinə yönəlmiş xüsusi mexanizmdən gedir.

"Avropalı həmkarların təklif etdikləri maliyyə mexanizmi özlüyündə ciddi addımdır. Avropa Birliyi və ya bir sıra Birlik ölkələri dialoq və dünyada sabitlik naminə müstəqil qərar verə bilərlər", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi