İran hərbi rəsmisi: “Hələbin azad olunması İslam inqilabının bölgə və dünyaya yayılması üçün nailiyyətdir”

Region
  • 27 dekabr, 2016
  • 06:00
İran hərbi rəsmisi: “Hələbin azad olunması İslam inqilabının bölgə və dünyaya yayılması üçün nailiyyətdir”

Bakı. 27 dekabr. REPORT.AZ/ “Hələbin azad olunması bölgə və dünyaya İran İslam İnqilabının yayılması üçün bir nailiyyətdir”.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilab Keşikçiləri Qvardiyasının komandanı general-mayor Məhəmmədəli Cəfəri bildirib.

“Təhlükəsizlik xətti bu gün sərhədləri aşıb. Bu güvənliklə yanaşı, əldə etdiyimiz nailiyyətlərdən biri inqilabın bölgəyə və dünyaya ixracıdır. Hələb cəbhəsi İran üçün irəliyə doğru uçuş cəbhəsidir”, - deyə general-mayor vurğulayıb.

Qeyd edək ki, dekabrın 15-də Rusiya və İranın dəstəyi ilə Suriyanın Hələb şəhəri Bəşşar Əsəd rejiminə müxalif silahlılardan təmizlənib. 

Xatırladaq ki, M.Cəfəri İslam İnqilabının ixracı dedikdə, ayətullah Xomeyninin islam inqilabı doktrinasının yayılmasını nəzrədə tutur.