​İran Hərbi Hava Qüvvələrinin təlimi başlayıb

​İran Hərbi Hava Qüvvələrinin təlimi başlayıb Əlirza Berhur: "Təlimdə əvvəlcə döyüş təyyarələri və qırıcılar, çeşidli kəşfiyyat təyyarələri uçacaq"
Region
5 Sentyabr , 2015 10:07
​İran Hərbi Hava Qüvvələrinin təlimi başlayıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün İran Həbri Hava Qüvvələrinin (HHQ) İsfahan əyalətində "Vilayətin fədailəri" adı atlında hərbi təlim başlayıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu haqda HHQ-nin saytı məlumat yayıb.

Xəbərə görə, bu HHQ-nin 5-ci təlimidir. Bu tədbirdə bütün hava qüvvələri birlikləri iştirak edir.

İran HHQ-nin komandan müavini Əlirza Berhur deyib ki, təlimdə əvvəlcə döyüş təyyarələri və qırıcılar, çeşidli kəşfiyyat təyyarələri uçacaq. Bundan başqa təlimə pilotsuz uçan aparatlar da cəlb ediləcək.

Onun sözlərinə görə, təlimdə "F-4", "F-5", "F-14", "F-7", "Soho-24", "Mig-29", "C-130", " Boeing 707", "Boeing747", "Saika" tipli təyyarələr və qırıcılardan istifadə olunur.

Qeyd edək ki, İran qarşıdan gələn 7 ay ərzində 20 hərbi təlim keçirməyi planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi