İran BƏƏ-nin neft tankerini saxlayıb - ƏLAVƏ OLUNUB

İran BƏƏ-nin neft tankerini saxlayıb - ƏLAVƏ OLUNUB İran İnqilab Keşikçiləri Qvardiyası Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus yanacaq tankerini saxlayıb.
Region
16 Sentyabr , 2019 15:53
İran BƏƏ-nin neft tankerini saxlayıb - ƏLAVƏ OLUNUB

İran İnqilab Keşikçiləri Qvardiyası Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus yanacaq tankerini saxlayıb.

“Report” xəbər verir ki, məlumatı İranın İSNA agentliyi yayıb. 

Bildirilib ki, İran BƏƏ tankerini 250 min litr qaçaq neft daşımaqda ittiham edərək saxlayıb.

***

BƏƏ-yə məxsus tankerə İranın Hörmüzqan əyalətinin Bəndər Lenge rayonunda 250 min litr yanacaq yüklənib. 

İran İnqilab Keşikçiləri Qvradiyasının hərbçiləri tankeri və göyərtəsindəki 11 nəfəri BƏƏ istiqamtində üzərkən Bəsrə körfəzində saxlayıblar.

Son xəbərlər

Orphus sistemi