İran ABŞ-dan sanksiyaların ləğvini tələb etdi

Region
  • 02 mart, 2020
  • 08:19
İran ABŞ-dan sanksiyaların ləğvini tələb etdi

“ABŞ İrana qarşı sanksiyaları ləğv etməlidir, çünki, bu, koronavirusun yayılması ilə mübarizə aparmağa mane olur”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu sözləri İran prezidentinin müşaviri Hesaməddin Aşena “Twitter” səhifəsində yazıb.

Müşavir qeyd edib ki, "xəstəlik İranda nə qədər yayılsa, bunun (başqa ölkələr - red.) olma ehtimalı daha yüksəkdir."

O bildirib ki, infeksiya İranda nə qədər çox yayılırsa, digər ölkələrdə də yoluxma hallarının qeydə alınması ehtimalı artır.

Koronavirus beynəlxalq problemdir”, - o deyib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi fevralın 19-da ölkədə yeni növ koronavirusa yoluxma ilə bağlı ilk halların qeydə alındığını bildirib. Yoluxma halları Qum şəhərində aşkarlanıb. Son rəsmi məlumata görə, İranda 978 yoluxma halı, 54 ölüm hadisəsi qeydə alınıb.