Yerevanda 63 yaşlı qadın baş nazir Paşinyanın iqamətgahındakı medalları oğurlayıb

Yerevanda 63 yaşlı qadın baş nazir Paşinyanın iqamətgahındakı medalları oğurlayıb Bakı. 3 fevral. REPORT.AZ/ Ermənistanın baş nazirinin iqamətgahının əməkdaşı xatirə medallarını oğurladığını etiraf edib.
Region
3 Fevral , 2019 03:28
Yerevanda 63 yaşlı qadın baş nazir Paşinyanın iqamətgahındakı medalları oğurlayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Ermənistanın baş nazirinin iqamətgahının əməkdaşı xatirə medallarını oğurladığını etiraf edib.

"Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, medallar yanvarın 30-da, binanın üçüncü mərtəbəsində istifadə olunmayan zalın stendindən yoxa çıxıb. Oğurluq faktı üzrə cinayət işi qaldırılıb. Müstəntiqlər təxminən 20 nəfəri dindiriblər.

Arutyunyan bildirib ki, Baqramyan 26 prospektində işləyən 1956-cı il təvəllüdlü qadın Yerevanın Arabkir rayonunun İstintaq Bölməsinə etiraf edib ki, yanvarın 30-da xatirə medallarını o oğurlayıb.  

Qiymətli şeylər daha sonra yerinə qaytarılıb.

Daha əvvəl bildirilib ki, Ermənistanın xaricdəki diplomatlarının sayı 20-30 faizədək ixtisar edilir.

Son xəbərlər

Orphus sistemi