İnquşetiyada partlayış olub, xəsarət alanlar var

Region
  • 24 noyabr, 2016
  • 08:40
İnquşetiyada partlayış olub, xəsarət alanlar var

Bakı. 24 noyabr. REPORT.AZ/ Rusiyanın İnquşetiya Respublikasının Nazran şəhərinin Nasır–Kortov rayonunda partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda İnquşetiya Respublikası Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var.

İlkin məlumata görə, partlayış məişət qazının sızması nəticəsndə baş verib.