​İnquşetiya rəhbərinin kortecinə aid avtomobil qəzaya uğrayıb

​İnquşetiya rəhbərinin kortecinə aid avtomobil qəzaya uğrayıb İlkin məlumata görə, toqquşmaya səbəb "Nissan" avtomobilinin sürücüsünün qayda pozuntusuna yol verməsi olub
Region
28 İyul , 2016 01:35
​İnquşetiya rəhbərinin kortecinə aid avtomobil qəzaya uğrayıb

Bakı. 28 iyul. REPORT.AZ/ İnquşetiya rəhbəri Yunus-Bəy Evkurovun avtomobil karvanına aid olan maşınlardan biri Nazranın Nasır-Kortskiy асыр-Кортский Nazranın inzibati dairəsində qəzaya uğrayıb. 

"Report"un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin saytında bildirilir.

Nazirliyin məlumatına görə,  Yunus-Bəy Evkurovun avtomobil karvanına aid "Toyota Camry" Nazranın Exajevo rayonundan olan 66 yaşlı sürücünün idarə etdiyi "Nissan Primera" ilə toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü, habelə "Nissan Primera"da olan sərnişin xəsarət alıb.

Yaralılara tibbi yardım göstərilib.

İlkin məlumata görə, toqquşmaya səbəb "Nissan" avtomobilinin sürücüsünün qayda pozuntusuna yol verməsi olub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi