Hulusi Akar Yunanıstana xəbərdarlıq edib: “Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”
Region
- 13 sentyabr, 2022
- 07:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yunanıstan rəhbərliyinə deyirik ki, tarixdən nəticə çıxarın, yeni macəralar axtarmayın”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.
“Bəziləri Yunanıstanın qulağına nə isə deyə bilər. Tarix bunların keçərli olmadığını göstərib. Güzgüyə baxsalar, həqiqəti görəcəklər və bəlkə, utanarlar. Bu qədər ikiüzlülük, riyakarlıq olmaz”, - o bildirib.
H.Akar, həmçinin söyləyib ki, Türkiyə problemlərin sülh yolu ilə həlli üçün çalışır: “Bütün xoşniyyətli səylərimizə rəğmən, qonşumuz Yunanıstan hər dəfə təxribatlarla gərginliyi artırır. Bunun qarşısının alınması üçün əlimizdən gələni edirik”.
Son xəbərlər
00:58
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
00:30
Foto
Video
ABŞ-də təyyarə mobil evlər parkına çırpılıb, ölənlər və yaralılar var
Digər ölkələr
00:17
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Region
23:53
Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib
Sağlamlıq
23:36
Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib
Digər ölkələr
23:18
Makqreqor karyerasını başa vurur
Fərdi
23:02
Ermənipərəst senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib
Digər ölkələr
22:52
"Arsenal" səfərdə "Liverpul"a qalib gələrək Premyer Liqanın liderliyinə yüksəlib
Futbol
22:40
Bolqarıstanda prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb - Yenilənib
Digər ölkələr