Moldovanın baş naziri: “Hökumət səviyyəsində Rusiya ilə münasibətimiz dondurulub”

Moldovanın baş naziri: “Hökumət səviyyəsində Rusiya ilə münasibətimiz dondurulub” Pavel Filip: “Hətta biz kiçik dövlət olsaq belə münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasını istəyirik”
Region
6 Oktyabr , 2017 14:34
Moldovanın baş naziri: “Hökumət səviyyəsində Rusiya ilə münasibətimiz dondurulub”
Moldovanın baş naziri Pavel Filip / Sputnik / MIROSLAV ROTARI

Bakı. 6 oktyabr. REPORT.AZ/ “Moldova ilə Rusiya arasında hökumət səviyyəsində münasibət dondurulub”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moldovanın Baş naziri Pavel Filip ölkə telekanalına müsahibəsində bildirib.

“Rusiya ilə yaxşı münasibətdə olmaq bizim üçün vacibdir. Ölkələrimiz arasında əməkdaşlığa dair çoxsaylı məsələlər həll olunmayıb. Hətta biz kiçik dövlət olsaq belə münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasını istəyirik”, - baş nazir vurğulayıb.

P.Filip Moldova Prezidenti İqor Dodonun Rusiyayönlü siyasətindən danışarkən deyib: “Dövlətlər arasında əlaqələrin yaxşılığı üçün prezidentlərin bir-birinə münasibətinin yaxşı olması mütləq deyil”.

O, televiziya vasitəsi ilə təkrar müraciət edərək rəsmi Moskvadan qoşunlarını Dnestryanı bölgənin ərazisindən çıxarmasını istəyib.

Son xəbərlər

Orphus sistemi