Gürcüstanda kişi körpəsini öldürdü, həyat yoldaşını yaraladı - YENİLƏNİB
- 28 mart, 2020
- 10:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda azyaşlı övladını bıçaqla qətlə yetirən və həyat yoldaşını yaralayan şəxs saxlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən olunub ki, 24 yaşlı kişi Qurcaani bələdiyyəsinin Vecini kəndində 2019-cu il təvəllüdlü övladına soyuq silahla xəsarətlər yetirib. Azyaşlı hadisə yerində dünyasını dəyişib. Kişi 1996-cı il təvəllüdlü həyat yoldaşını da yaralayıb.
Saxlanılan şəxs günahını etiraf edib. Qətldə istifadə edilən bıçaq maddi sübut kimi müsadirə olunub.
Faktla bağlı ağırlaşdırıcı hallarda ailə üzvünü qəsdən qətlə yetirmə maddəsi üzrə cinayət işi açılıb. Bu cinayət əməlinə görə 13 ildən 17 ilədək həbs cəzası nəzərdə tutulub.
*** 14:11
Gürcüstanın Qurcaani bələdiyyəsinin Vecini kəndində dəhşətli qətl hadisəsi baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, ata üç aylıq körpəsini bıçaqla öldürüb.
Kişi həyat yoldaşını da qətlə yetirməyə cəhd edib. Qadın müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.
Cinayətin motivi hələ bilinmir.
Faktla bağlı istintaqa başlanılıb.