Gürcüstanın yeni baş prokuroru məlum oldu
Region
- 18 fevral, 2020
- 12:40
İrakli Şotadze
Gürcüstan parlamenti İrakli Şotadzeni ölkənin baş prokuroru vəzifəsinə təsdiq edib.
“Report”un yerli bürosu xəbər verir ki, onun namizədliyinin lehinə 82 deputat səs verib.
İkinci dəfə Gürcüstanın baş prokuroru olan İ.Şotadze növbəti 6 ildə bu vəzifəni tutacaq.
Qeyd edək ki, Gürcüstanın baş prokuroru Şalva Tadumadze ötən il dekabrın 12-də vəzifəsindən gedib. Buna səbəb onun Ali Məhkəmənin hakimi kimi təsdiqlənməsi olub.
İ.Şotadze isə 2018-ci il mayın 31-də istefa verib. O, bu vəzifəni 2015-ci ilin noyabrın 27-dən tutub. Onun istefasına səbəb Baş Prokurorluğun 2017-ci ilin dekabrın 1-də Tbilisidə 51 saylı ictimai məktəbin iki şagirdinin qətli ilə bağlı səs-küylü məhkəmə qərarını qüvvədə saxlamasından sonra kütləvi etirazlar olub.
Son xəbərlər
12:11
Azərbaycan yeni Antidopinq Məcəlləsinə uyğun milli qaydaları hazırlayan ilk ölkələrdən biri olub
Fərdi12:09
Fərid Şəfiyev: Avropanın Azərbaycana marağı energetika çərçivəsindən kənara çıxır
Xarici siyasət12:05
Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Almatıda 4-cü yeri tutub
Fərdi12:03
Aqrar Sığorta Fondu bu il heyvandarlıq üzrə 800 min manat ödəniş edib
ASK12:02
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Xarici siyasət12:00
Emin Əmrullayev: PISA nəticələrində təbiət elmləri üzrə Bakı 47-ci, Azərbaycan 69-cu yerdədir
Elm və təhsil11:57
Süni intellekt Azərbaycan fermerlərini zərərvericilərin yayılması barədə vaxtında xəbərdar edəcək
ASK11:55
Orta Dəhlizlə bağlı problem və perspektivlər açıqlanıb
İnfrastruktur11:53