Gürcüstanın XİN başçısı Novruz təbriki yayıb

Gürcüstanın XİN başçısı Novruz təbriki yayıb David Zalkaliani Novruz bayramı ilə bağlı tvitter hesabında paylaşım edib
Region
21 Mart , 2021 12:32
Gürcüstanın XİN başçısı Novruz təbriki yayıb
David Zalkaliani

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Novruz bayramı ilə bağlı tvitter hesabında paylaşım edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Gürcüstanda və dünyada bu bayramı qeyd edənləri təbrik edib.

XİN başçısı hamıya sevgi, ümid, hazırkı çətin zamanlarda xüsusilə vacib olan sülh və çiçəklənmə dolu il arzulayıb: “Qoy, baharın gəlişi həyatımıza yeni başlanğıclar və parlaq rənglər gətirsin”.

Son xəbərlər

Orphus sistemi