Gürcüstanın tanınmış kinorejissoru vəfat etdi

Region
  • 17 fevral, 2020
  • 10:01
Gürcüstanın tanınmış kinorejissoru vəfat etdi
Giorgi Şengelaya

Gürcüstanın tanınmış kinorejissoru, aktyoru, xalq artisti Giorgi Şengelaya vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, G.Şengelaya 1937-ci ilin mayın 11-də Moskvada anadan olub. Kinorejissor ilk “Alaverdoba” filmini 1962-ci ildə çəkib. Onun son ekran əsəri 2005-ci ildə lentə aldığı “Və qatar gedirdi” filmi olub.

G.Şengelaya bir sıra filmlərdə yaddaqalan obrazlar da yaradıb və rejissor kimi beynəlxalq mükafatlara layiq görülüb.

44 filmi