Gürcüstanın sabiq müxalif deputatı elektron qolbaq daşıyacaq - YENİLƏNİB-2
- 02 iyul, 2019
- 09:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Melia elekton qolbaq daşıyacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Apelyasiya Məhkəməsi qərar çıxarıb.
"Əgər günahım varsa, həbsxanada olmalıyam. Elektron qolbağı saat əvəzinə taxacağam. Bu, güclünün qalib gəldiyi mübarizədir", - deyə keçmiş deputat bildirib.
N.Melianın elektron monitorinqini Baş Prokurorluq həyata keçirəcək.
*** 12:49
Tbilisi Apelyasiya Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun keçmiş deputat Nika Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə bağlı şikayətinə baxıb.
məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
***11.12
Tbilisi Apelyasiya Məhkəməsində müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Melianın işi üzrə məhkəmə başlayıb.
“Report”un yerli bürosu xəbər verir ki, iclasda Gürcüstan Baş Prokurorluğunun N.Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verdiyi şikayətə baxılır.
Baş Prokurorluq parlamentin keçmiş üzvü barədə həbs qətimkan tədbirinin seçilməsini tələb edir.
Müxalifət partiyalarının liderləri və tərəfdarları Tbilisi Apelyasiya Məhkəməsinin yaxınlığına toplaşıb.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsinin iyunun 27-də qəbul etdiyi qərarı ilə N.Melia 30 min lari girov müqabilində azadlığa buraxılıb. Deputatın toxunulmazlığı iyunun 26-da aradan qaldırılıb. Keçmiş deputat Tbilisidə iyunun 20-21-də keçirilən aksiyalarda kütləvi zorakılığın təşkili, ona rəhbərlik etməkdə və iştirakda təqsirləndirilir.