Gürcüstanın sabiq baş naziri azadlığa çıxdı
Region
- 20 fevral, 2020
- 06:06
Vano Merabişvili
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın keçmiş baş naziri və daxili işlər naziri Vano Merabişvili azadlığa buraxılıb.
“Report”un yerli bürosu xəbər verir ki, 7 ilə yaxın həbsdə olan sabiq dövlət məmuru “Matrosov” adlanan həbsxananı tərk edib.
V.Merabişvilini yaxınları və dostları qarşılayıblar. Onun siyasi fəaliyyətini davam etdirəcəyi gözlənilsə də, özünün bu barədə açıqlaması hələ olmayıb.
Qeyd edək ki, V.Merabişvili 2013-cü ilin mayında korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla bir neçə cinayət işi üzrə həbs olunub.
O, 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. V.Merabişvili 2004-2012-ci illərdə daxili işlər naziri, 2012-ci ilin iyul ayından oktyabr ayına qədər isə baş nazir vəzifəsini tutub.
Son xəbərlər
02:27
İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib
Futbol
02:06
Tramp: Vens Rezaiyə məktubunda İrana dərman preparatları çatdırmağı təklif edib
Digər ölkələr
01:42
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Region
01:09
Ukraynanın Donetskdə silahsızlaşdırılmış zonaya dair müzakirəyə hazır olduğu bildirilib
Digər ölkələr
00:44
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
Digər ölkələr
00:32
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
Digər ölkələr
00:14
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
Hadisə
23:53
"Axios": ABŞ və İsrail İrana yeni zərbələr planını razılaşdırıb
Digər ölkələr
23:26
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
Digər ölkələr