Gürcüstanın Poti şəhərində qumbara partlayıb, 1 nəfər ölüb

Gürcüstanın Poti şəhərində qumbara partlayıb, 1 nəfər ölüb Bakı. 5 sentyabr. REPORT.AZ/ Gürcüstanın liman şəhəri olan Potidə qumbara partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər, o cümlədən yetkinlik yaşına çatmayan 1 şəxs yaralanıb.
Region
5 Sentyabr , 2018 10:11
Gürcüstanın Poti şəhərində qumbara partlayıb, 1 nəfər ölüb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Gürcüstanın liman şəhəri olan Potidə qumbara partlaması nəticəsində 1 nəfər ölüb, 3 nəfər, o cümlədən yetkinlik yaşına çatmayan 1 şəxs yaralanıb.

Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.

Partlayış yerli vaxtla, təqribən, saat 7 radələrində baş verib. İlkin ehtimala görə, qumbara partlayıb. Hadisənin digər detalları barədə məlumatlar verilmir. Yaralılar Poti və Kutaisidəki xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə əlaqədar istintaq gedir.

Son xəbərlər

Orphus sistemi