Gürcüstanın müsəlman icmasına ayrılan vəsait artırılıb

Gürcüstanın müsəlman icmasına ayrılan vəsait artırılıb Gürcüstanda 2020-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına ayırılan vəsaitin həcmi 550 min lari (167 min ABŞ dolları) artırılıb.
Region
30 Sentyabr , 2020 18:16
Gürcüstanın müsəlman icmasına ayrılan vəsait artırılıb

Gürcüstanda 2020-ci ilin dövlət büdcəsindən ölkənin müsəlman icmasına ayırılan vəsaitin həcmi 550 min lari (167 min ABŞ dolları) artırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyindən bildirilib.

Müsəlman icmasına təqdim olunacaq vəsaitin ümumi məbləği 2 750 000 lari (834 min dollar) təşkil edəcək.

Agentlikdən qeyd olunub ki, dini icmalar üçün nəzərdə tutulan 4,5 milyon larinin (1,4 milyon ABŞ dolları) 3,5 milyonu (1,1 milyon ABŞ dolları) artıq bölüşdürülüb. Müsəlman icmasına 2,2 milyon (667 min ABŞ dolları), erməni xristian icmasına 600 min (182 min ABŞ dolları), Roma katolik icmasına 400 min (121 min ABŞ dolları), yəhudi icmasına isə 300 min lari (91 min ABŞ dolları) ayırılıb.

Qeyd edək ki, Gürcüstan əhalisinin 11%-i müsəlmanlardan ibarətdir.

 

Son xəbərlər

Orphus sistemi