Gürcüstanın Milli Turizm Administrasiyasına yeni rəhbər təyin olunub

Region
  • 04 fevral, 2019
  • 12:44
Gürcüstanın Milli Turizm Administrasiyasına yeni rəhbər təyin olunub

Tbilisi. 4 fevral. REPORT.AZ/ Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri vəzifəsinə təyinat olub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia bildirib.

O deyib ki, bu vəzifəyə Mariam Kvrivişvili təyin olunub. 28 yaşlı M.Kvrivişvili bundan öncə “FlyDubai” şirkətinin Gürcüstan ofisinin rəhbərliyində çalışıb.

Qeyd edək ki, Gürcüstanın Milli Turizm Administrasiyasının keçmiş rəhbəri Giorgi Çoqovadze ötən ilin dekabrında Hava Limanları Birliyinə baş direktor təyin olunub. O, 2014-cü ilin noyabr ayından Administrasiyanın rəhbəri vəzifəsini tutub.