Gürcüstanın keçmiş iqtisadiyyat naziri: “Avro 5” standartına keçid ölkəyə zərər vuracaq”
- 31 iyul, 2019
- 12:11
Yeniliklərdən dərhal xəbərdar olun!
“Gürcüstanda “Avro 5” yanacaq standartına keçid ölkəyə zərər vuracaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia “Palitranews” telekanalında yayımlanan “360 dərəcə” proqramında bildirib.
O deyib ki, yeni standartın tətbiqi yanacağın qiymətinin artmasına səbəb olacaq. Keçmiş nazir hökumətin “Avro 5” yanacaq standartına keçidlə bağlı qərarının ona aydın olmadığını qeyd edib: “Gürcüstan Avropa İttifaqı ölkələri kimi zəngin deyil ki, “Avro 5” standartına keçsin. Ən əsası isə odur ki, yeni standart ekologiyaya real təsir etməyəcək. Belə ki, “Avro 4” və “Avro 5” standartları arasındakı fərq çox azdır”.
Qeyd edək ki, Gürcüstanda 2020-ci ilin yanvarın 1-dən etibarən dizel yanacağının keyfiyyəti ilə bağlı “Avro 5” standartının tətbqinə başlanılacaq.